Növbəti mövsüm Premyer Liqada neçə komandanın olacağı hələlik məlum deyil.

Rekord.az xəbər verir ki, AFFA-nın baş katibi Sərxan Hacıyev elitada sonuncu yeri tutan komandanın I Diviziona göndəriləcəyini deyib.

Amma nəzərə alaq ki, federasiyadan olan bu tip açıqlamalar çox vaxt qeyri-səmimi olur. Bu mənada böyük ehtimalla sonuncu pilləni tutan komanda Premyer Liqanı tərk etməyəccək. Əvəzində I Diviziondan "Araz Naxçıvan"ın yüksək liqaya gələcəyi gözlənilir. Amma bir variant da var ki, AFFA komanda sayını 12-ə çatdırmaq istəsə, daha bir komandanı da "Araz Naxçıvan"a qoşmalıdır. Etibarlı mənbədən saytımıza daxil olan məlumata görə, əgər belə bir vəziyyət yaranarsa, AFFA ehtiyat variant kimi ilk növbədə "Mingəşevir"i nəzərdə tutub. Yəni mütləq şəkildə sayın 12-ə çatdırılması zərurəti yaransa, iki komandadan biri "Mingəçevir" olacaq. Buna səbəb Mingəçevirin futbol şəhəri və normal infrastruktura sahib olmasıdır. Üstəlik, federasiya bu şəhərdə standardlara uyğun yeni meydança da salmağa hazırlaşır.