Türkiyə millisinin sabiq baş məşqçisi Abdullah Avcı gələcək karyerası barədə açıqlama verib.

Rekord.az xəbər verir ki, “NTV” kanalına danaşın təcrübəli mütəxəssis bir neçə yerdən təklif aldığını bildirib:

“Beşiktaş”da əlimdən gələni etdim, vicdanım rahatdı. Çox çətin dönəm idi. Kimin görə uğurlu, kiminə görə uğursuz ola bilərəm. Ancaq komanda mənim istədiyim şəkildə idi. Yaşadıqlarımdan dərs çıxarmalıyam, gələn dəfə daha fərqli analizlər etməliyəm.

“Beşiktaş”dan ayrıldıqdan sonra ölkədaxili və ölkəxaricindən bir neçə təklif almışam. Ancaq yekun qərarımı verməmişəm. Karyeramı sağlamlıq məsələləri həll edildikdən sonra planlayacam”.

48 yaşlı çalışdırıcı AFFA-nın milli üçün düşündüyü namizədlərdən biridir. Federasiya müxtəlif səviyyələrdə onunla danışıqlar aparıb. Arada bir neçə görüşmə olub.

Yanvarda İstanbul klubundan uzaqlaşdırılan çalışdırıcı Azərbaycana gəlmək perspektivinə o qədər də isti yanaşmır. Tərəflər maliyyə və digər şərtlərlə bağlı fikir ayrılığı içindədir.