Dünən AFFA-nın rəsmi saytı məlumat yayıb ki, Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi Türkiyənin Antalya şəhərinə yollanıb. Səfərin məqsədi Antalyada təlim-məşq toplanışında olan klubların heyətindəki Azərbaycan milli komandasına potensial namizəd futbolçuları izləməkdir. Əvvəl düşündüm ki, bəlkə gecəynən AFFA çempiontı yarımçıq saxlayıb bütün klubları Antalyaya göndərib. Çünki mən özüm səhərlər bir qədər gec dururam. o mənada düşündüm ki,  ola bilər məlumatsız olam. Sonra məlum oldu ki, yox, bütün klublarımız burdadır, çempionat da dayandırılmayıb. Sadəcə, Di Byazi Antalyada təlim-məşq toplanışında olan əcnəbi klubları və futbolçuları izləməyə gedib. Adamı dolamağın buynuzu olmur ki. O qədər sarsaq addımdı ki, izah verməyə autanırıq. Sən Azərbaycan millisinə baş məşqçi təyin edilmisən, Azərbaycan çempionatı, kuboku burda davam edir, bütün 8 komanda da hazırda burdadır. Ölkə xaricində legioner həyatı yaşayıb Antalyada toplanış keçən futbolçumuz da yoxdur. Sən Antalyaya kimi izləməyə, kimi seçməyə gedirsən? Məlum məsələdir, AFFA yenə hansısa geydirmə əcnəbi futbolçunu tapıb ona Azərbaycan papsortu verməyə hazırlaşır. Əslində italiyalının hansı futbolçuları izləməyə getdiyini də bilirik, amma adlarını çəkib reklam etmək istəmirik. Amma onu deyə bilərik ki, heç birinin Azərbaycan futboluna aidiyatı yoxdur və heç biri millinin gücləndirəcək səviyyədə deyil. Sadəcə, illərdi yürüdülən terror siyasət. Futbolun terroru...

 

Anar XANLAROV