AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Şimal-Qərb regionuna səfəri çərçivəsində Oğuz rayonunda olub.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Oğuz Olimpiya Kompleksinin meydançasında azyaşlı futboçularla görüşən Elxann Məmmədov AFFA adından uşaqlara top və formalar təqdim edib.

Görüş zamanı icraçı vitse-prezident növbəti həftə start götürəcək aşağı yaş qrupu üzrə liqalarda çıxış edəcək oyunçulara uğurlar arzulayıb.