AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda
- 19 Noy 2019 13:22
- 766
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Hakimlər Komitəsinin sədri Frits Stuxlik beynəlxalq oyuna təyinat alıb.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 28-də keçiriləcək “Krasnodar” (Rusiya) – “Bazel” (İsveçrə) qarşılaşmasının UEFA nümayəndəsi Könül Mehtiyeva, hakim-inspektoru isə Frits Stuxlik olacaq.