AFFA-nın klublara payladığı toplar istifadəyə yararsızdı?
- 11 Okt 2021 18:00
- 562
AFFA iyulun əvvəlində premyer-liqada çıxış edən klublara yeni toplar paylamışdı.
Rekord.az xəbər verir ki, assosiasiya ilə tərəfdaşı olduğu “Nike” şirkəti arasındakı mövcud əməkdaşlığa əsasən çempionatın hər bir komandasına istifadə üçün 50 ədəd top təqdim olunmuşdu.
Redaksiyamıza daxil olan məlumata görə, AFFA-nın pulsuz hədiyyəsi əslində istifadəyə yararsızdı. Bu səbəbdən də bir neçə klub onlara təqdim olunan topları geri qaytarmaq niyyəti ilə assosiasiyaya müraciət edib.
Məsələni dəqiqləşdirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Qurum rəsmisini dinləyək:
“Şəxsən mən bu məsələ ilə bağlı nəsə eşitməmişəm. Kimsə də bununla bağlı heç nə soruşmayıb. AFFA-nın payladığı deməyək. Çünki bu toplar federasiyanın öz istehsalı deyil. “Nike” şirkəti tərəfindən hazırlanıb. “Zay” çıxıb-çıxmaması ilə bağlı nəsə deyə bilmərəm. Amma AFFA-ya bu məsələ ilə bağlı hansısa klub tərəfindən müraciət ünvanlanmayıb”. ("Futbol plus")