AFFA-nın Lənkəran stadionuna qadağası davam edir
- 01 Fev 2020 17:00
- 1099
Lənkəran Şəhər Stadionu hələ də AFFA-nın "qara siyahısı"ndadır.
Rekord.az xəbər verir ki federasiya hələ də aşağı yaş qruplarından ibarət komandalar arasında keçirilən ölkə çempionatının oyunlarını Lənkəran stadionuna təyin etmir.
Halbuki burada oyunlar üçün bütün şərait var. Əvəzində Cənub zonasını əhatə edən oyunlar şəraiti daha aşağı olan Lənkəran Olimpiya Kompleksinin stadionuna salınır.