AFFA-nın qərarı bölgə futbolunu daha da çökdürdü
- 22 Okt 2021 14:00
- 1066
Məlum olduğu kimi, AFFA Gənclər və İdman Nazirliyi, o cümlədən də Təhsil Nazirliyinin balansında olan uşaq futbol komandalarına ayırdığı maliyyəni dayandırıb. Hansı ki, uşaq komandalarl həmin vəsaitlə səfər oyunlarına gedir. Maliyyənin dayandırılması bir çox komandanı iflic vəziyyətə salıb. Xüsusilə də bölgədəki uşaq komandalarını.
Rekord.az-a daxil olan məlumata görə, əksər bölgə komandaları artıq çempionatı boykot etməyə hazırlaşır.
Saytımıza daxil olan son məlumata görə, Gəncədəki uşaq komandaları məhz bu səbəbdən noyabr ayından etibarən çempionatdakı çıxışlarını dayandırmağa hazırlaşır.