Xəbər verdiyimiz kimi, məktəblərin bağlanmasını əsas gətirən AFFA aşağı yaş qrupları arasındakı ölkə çempionatını da təxirə saldı. Halbuki açıq havada oyunların keçirilməsi üçün heç bir qadağa yoxdur.

Rekord.az xəbər verir ki, federasiyanın bu qərarı xeyli insanı da işsiz qoyub.

Hakimlər məlum məsələ. Bundan başqa, oyunlara AFFA nümayəndəsi kimi gedən və gündəlik ezamiyyət xərci alan xeyli şəxs də faktiki işsiz qalıb.