AFFA-da Şahin Cəfərov adlı bir şəxs çalışır.

Rekord.az xəbər verir ki, bu şəxs keçmiş hakimdi.

Hakimlik karyerasını başa vurandan sonra da futboldan aralanmadı. Son zamanlara kimi, ölkə çempionatının oyunlarına AFFA nümayəndəsi kimi təyinat alırdı. Elə ki, federasiyadakı maliyyə fırıldağının üstünü açdı, öz əli ilə öz kitabını bağladı. Normalda bu xidmətinə görə ona təşəkkür etməliydilər. Lakin burda əksinə olub. Düzdür, Cəfərovu heç kim AFFA-dan uzaqlaşdırmayıb. Bu gün də onun adı rəsmi işçi kimi federasiyada gedir. Lakin di gəl ki, adı rəsmi işçi olduğu halda, ölkə çempionatının oyunlarına təyinat almır. Bununla bağlı AFFA rəhbərliyinə dəfələrlə müraciət etsə də, müraciətinə baxan yoxdur.