AFFA "Sumqayıt" üzərindəki nəzarət və diqtəsini azaltmaq fikrində deyil. Məhz bunun nəticəsində komanda topatlana bilmir. Hazırda heyətdə ciddi problemlər var, yeni transfverlər lazımdır, amma vəsait yoxdur. Halbuki normalda belə problemlər olmamalı idi. 

Rekord.az-a daxil olan məlumata görə, Konfrans Liqasına vəsiq qazanan komandanın hesabına UEFA-dan 600 min avroya yaxın vəsait daxil olub.

Amma federasiya bütün bu vəsaitin hamısına əl qoyub. Nəticədə klub çıxılmaz vəziyyətdə qalıb və yeni futbolçu ala bilmir. Çünki rəsmi sponsor olan "Azərikimya" da lazım olan vəsaiti ayırmır.