AFFA-nın təşkilatçılığı ilə fitnes məşqçilik kursunun 4-cü mərhələsi keçirilib
- 18 Dek 2024 13:30
- 81
AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun IV mərhələsi keçirilib.
Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, üç gün çəkən məşğələlərdə assosiasiyanın Təhsil Proqramının rəhbəri Aslan Kərimov, təlimatçı Osman Rəhimov və UEFA təlimatçısı Frits Şmid iştirak ediblər.
Kursda həmçinin Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə iştirakçılara antidopinqlə bağlı məlumat verib.