Bu yaxınlara AFFA-nın 2019-cu il üçün maliyyə hesabatı açıqlandı. Həmin hesabatda AFFA-nın tərkibində olan Federasiyalar və Üzvlərə ayrılan vəsaitlər də öz əksini tapmışdı. Onların sırasında Tələbə Futbol Federasiyası (TFF) da yer almışdı. Belə ki, AFFA bu törəmə qurumuna 2019-cu ildə 51 min 500 manat vəsait ayırıb. Sözügedən qurum bu vəsaiti həm də tələbələr arasında keçirilən futbol turnirinə xərcləməlidir. Amma...

 

Rekord.az-a daxil olan məlumata görə, ilə AFFA-dan bu qədər yardım alan TFF yenə də gözünü tələbələrin cibinə dikir.

 

İş ondadır ki tələbələrin futbol çempionatında iştirak etmək üçün hər universitetdən 3 min manat pul yığılır. Azərbaycandakı universitet saylarını hesablasaq yekunda yığılan məbləğ AFFA-nın ayırdığı illik büdcədən də çox eliyir. Maraqlıdır, universitetlər arasında adi bir yarış keçirmək üçün 51 min manat bəs eləmir ki, əlavə olaraq təhsil ocaqlarından pul da yığılır?