"Kəpəz"in maliyyə vəziyyəti ürəkaçan deyil.

Rekord.az xəbər verir ki, komanda həm heyətinə güclü futbolçular cəlb etməkdə, həm də Gəncə şəhər stadionunu təmir etdirməkdə çətinlik çəkir.

AFFA-nın yaratdığı Futbolun İnkişaf Fondu (FİF) isə son günlər ancaq “Turan Tovuz”la bağlı layihələr həyata keçirməklə diqqəti çəkir.

Maraqlıdı, FİF "Kəpəz"in problemləri ilə maraqlanır? Kluba hansısa dəstək, kömək göstərilib? Bu suallara aydınlıq gətirmək üçün Gəncə təmsilçisinin icraçı direktoru İlqar Nadiri ilə əlaqə saxladıq. Onun "Football-plus.az" saytına açıqlaması belə oldu: "FİF nümayəndələri ilə bir neçə dəfə danışıqlarımız olub. Amma qarşı tərəfdən hələ ki hansısa dəstək, kömək görməmişik".