AFFA rəhbərliyindəki yeniliklərdən sonra hər kəsi düşündürən məsələlərdən biri də növbəti mövsüm Premyer Liqada komanda sayının artırılıb-artırılmaması ilə bağlıdır.

Rekord.az-a daxil olan məlumata görə, federasiyanın yenilənmiş İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq əsas məsələlərdən biri də məhz bununla bağlı olacaq.

Məhz həmin iclasda hazırkı sayın saxlanılması, yoxsa artırılması ilə bağlı ilkin qərar veriləcək.