AFFA-nın yeni prezidenti olmaq istəyir
- 28 Fev 2024 13:00
- 772
Martın sonunda AFFA prezidenti postuna seçki keçiriləcək və növbəti 4 ildə federasiyanı kimin idarə edəcəyi məlum olacaq.
Rekord.az xəbər verir ki, hazırkı prezident Rövnəq Abdullayev böyük ölçüdə bu postu tərk edəcək.
Onu kim əvəz edəcək? Əldə etdiyimiz məlumata görə, SOCAR-ın və "Neftçi"nin hazırkı rəhbəri Rövşən Nəcəf bu posta ciddi şəkildə iddia edir. Düzdür, tək onun istəyi bu məsələni həll etməyəcək, bunun üçün dəstək də almalıdır. Amma Nəcəf istənilən halda federasiya prezidenti olmaq istəyir.