![photo](https://rekord.az/uploads/5/serxan-6-600x300.jpeg)
AFFA-nın yeni vitse-prezidentləri müəyyənləşdi
- 2024-04-02 13:10
- 204
AFFA-nın yeni vitse-prezidentləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, Sərxan Hacıyev AFFA-nın İcraçı vitse-prezidenti seçilib. Konül Mehtiyeva, Balakişi Qasımov və Elşad Nəsirov isə vitse-prezidentlər olublar. Bununla bağlı qərar bu gün qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
S.Hacıyev həmçinin müvəqqəti olaraq Baş katib vəzifəsini də icra edəcək.