Apellyasiya Arbitraj Tribunalı keçmiş futbol hakimi Anar Niyazovun apellyasiya şikayətinə baxıb. 

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tribunal Niyazovun şikayətini təmin etməyib. 

UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak etdiyinə görə onun futbola aid hər bir məşğuliyyətin ömürlük qadağan edilməsi barədə İntizam Komitəsinin 16 mart 2017-ci il tarixli qərarı qüvvədə saxlanılıb.