AFFA nümayəndələri UEFA-nın seminarında
- 05 Mar 2021 18:20
- 893
UEFA-nın Klubların Lisenziyalaşdırılması və “Maliyyə Fair Play”i mövzusuna həsr olunmuş videokonfrans formatında seminar keçirilib.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Lisenziyalaşdırma qrupunun rəhbəri Sərxan Hacıyev, qrupun üzvləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərovun iştirak etdiyi seminarda aşağıdakı qeyd olunan mövzülar müzakirə olunub:
UEFA-nın Klubların Lisenziyalaşdırılması və “Maliyyə Fair Play” sisteminin inkişafı
Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartları
Klublara Maliyyə Nəzarəti Orqanının (Club Financial Control Body (CFCB) fəaliyyəti və s.