AFFA nümayəndələri UEFA seminarında
- 2020-02-26 16:20
- 1255
Fevralın 27-də və 28-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Feyr Pley”i mövzusuna həsr olunmuş regional seminarı keçiriləcək.
Rekord.az xəbər verir ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun üzvləri Bəhram Dadaşov və Aynur Abdullayevanın iştirak edəcəyi seminarda klubların lisenziyalaşdırılması və maliyyə məsələlərini əhatə edən mövzular müzakirə olunacaq.