Bir ara "Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev tənqidi, narazı fikirləri ilə diqqət çəkirdi. Hətta dolayısı ilə bu tənqidlərdən AFFA-ya da pay düşürdü.

Lakin Rekord.az xəbər verir ki, son zamanlar Abdullayevdən səs-soraq yoxdur.

Bir ara "Turan Tovuz"un elitada oynamamasına qarşı az qala üsyan edən Abdullayevin susqunluğunun səbəbi məlum olub. Sən demə, Elxan Məmmədov Abdullayevə deyib ki, "Turan Tovuz"un elitaya gətirilməsi üçün çalışırlar. Məhz bu sözlərdən sonra Abdullayev narazılıqlarını dilə gətirməyi dayandırıb. Ümid edir ki, icraçı vitse-prezident verdiyi vədi tutacaq və Abdullayev də elitada özünü klub rəhbəri kimi sınayacaq.