"Turan Tovuz"un müşahidə şurasının sədri Oqtay Abdullayev bu günə kimi 3 nəfəri baş məşqçi postuna namizəd kimi irəli sürüb.

Lakin Rekord.az-a daxil olan məlumata görə, AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədov həmin namizədlərin heç birini təsdiqləməyib.

Məmmədov yalnız özünün məsləhət bildiyi və AFFA-ya yaxın olan məşqçilərdən birinin Tovuza göndəriləcəyini bildirib.