AFFA oyunlara hansı tarixdə başlamaq istəyir?
- 30 May 2020 12:00
- 854
Xəbər verdiyimiz kimi, mayın 31-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Rekord.az xəbər verir ki, saat 12:00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək.
Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq.
Etibarlı mənbədən saytımıza daxil olan məlumata görə, klubların bu məsələdə mövqeyi fərqlidir. "Sumqayıt", "Səbail", "Keşlə" kimi klublar mövsümü yarımçıq dayandırıb yeni mövsümə hazırlaşmağı daha münasib sayır. "Zirə", "Sabah" və "Qəbələ" isə çempionatın bərpasının tərəfdarıdır. "Qarabağ" və "Neftçi" isə istənilən qərara hörmətlə yanaşmağa hazırdı. AFFA-ya gəlincə, federasiya mövsümün iyunun sonunda bərpasını məqbul sayır. Daha da konkretləşdirsək, iyunun 26-da oyunlara başlamaq istəyir. Lakin yekun qərar klublkarla sabahkı müzakirələrdən sonra veriləcək.