AFFA Ozan Can Kökçünü yalançı çıxartdı
- 03 Noy 2021 17:00
- 710
21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ozan Can Kökçünün Azərbaycan millisində oynamaq təklifini qəbul etmədiyini xəbər vermişdik.
Rekord.az xəbər verir ki, hazırda “Telstar”da çıxış edən yarımmüdafiəçinin qardaşı Orkun Can Kökçu bu barədə Türkiyə Futbol Federasiyanın rəsmi saytına müsahibəsində danışıb.
Məsələ ilə bağlı AFFA-nın mövqeyini öyrəndik. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan Ozan Can Kökçünün milli komandamıza dəvət edilib-edilmədiyini soruşduq. AFFA rəsmisinin fikirləri belə oldu:
“Ozan Canın Azərbaycan milli komandasının dəvətini qəbul etməməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir. Çünki bu futbolçuya ölkəmizin əsas komandasında çıxış etmək üçün heç vaxt dəvət göndərilməyib”.