AFFA "Qarabağ"ın xorvatiyalı legioneri Filip Ozobiçlə danışıqlara başlamağa hazırlaşır.

Rekord.az-a daxil olan məlumata görə, yayda Ozobiçin Azərbaycanda oynamasının 5 ili tamam olur.

Bu isə o deməkdir ki, xorvatiyalı futbolçu tam hüquqlu Azərbaycan vətəndaşı ola və millinin formasını geyinə bilər. Düzdür, Ozobiçş bir dəfə Xorvatiya millisinə dəvət alıb və yoldaşlıq görüşündə meydançaya da çıxıb. Lakin  2017-ci ilə təsadüf edən həmin oyun rəsmi xarakter daşımadığı üçün Ozobiçin millimizə dəvət almasına mane olmayacaq.