AFFA özünü başqa planetdən sayır? YAZI
- 26 Mar 2020 14:00
- 1028
Hazırda bütün dünya koronavirusla mübarizə aparır, hər kəs bu mübarizədə səylərini birləşdirir. Məhz bu məqsədlə martın 19-da Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və elə ilk andaca dövlət büdcəsindən bu fonda 20 milyon manat ayırıld. Təşəbbüsün sahibi olan ölkə başçısı İlham Əliyev daha sonra özünün bir illik məvacibini də ianə şəklində bu fonda bağışladı.
Ölkə başçısının ardından müxtəlif dövlət müəssisələri, nazirliklər, komitələr, banklar, iş adamları, millət vəkilləri, şirkətlər, hətta sadə insanlar da prezidentin addımına dəstək olaraq imkanı daxilində fonda pul köçürdü.
Amma təəssüf ki. futbol sektoru bu aksiyada çox passivdi. Hələ ki, yalnız "Qarabağ" klubu, baş məşqçi Qurban Qurbanov və futbolçuları bu aksiyaya açıq şəkildə qoşulub. Digər klublardan isə səs-səmir yoxdur. Bir müddət bundan əvvəl top çiləyərək ötür-ötür oynayanlar sanki qeybə çəkilib. Yalnız "Neftçi"nin idman dirktoru Ceyhun Sultanov şəxi təşəbbüsü ilə fonda pul köçürdüb.
Ən çox diqqət çəkən isə AFFA-nın susqunluğudur. Bu mənada klubları da başa düşürük. Çünki əksəriyyəti federasiyadan maliyyələşir və özbaşlarına addım atacaq cəsarətə sahib deyillər. Gərək ilk növbədə AFFA qabağa düşə. Necə ki, Elxan Məmmədov top çiləməkdə ağsaqqallıq eliyib irəli çıxdı, indi yardım məsələsində irəli durub ilk addımı atmalıdır. Amma nədənsə icraçı vitse-prezident-baş katibdən də səs-soraq yoxdur. Əslində AFFA-nı gözəl başa düşürük. Onlar daha çox almağa öyrəşib, nəinki verməyə. Büdcə ola, böyük pullar ola, qoyasan yaxşı dağıdalar. Yurçeviçlərə, Stuxliklərə, Obraoviçlərə, Lippertlərə milyonlar xərcləyib özləri də ordan qəşəng pul tuta. İş təmənnasız yardıma, xeyriyyəçiliyə gələndə əlləri quruyur. 6 min manata görə Səmədağa Şıxlarovu ölümlə üz-üzə qoyan adamları. Lippertin, eləcə də Ştuxlikin aylıq 20 min avro maaşının qəpiyini belə kəsməzlər və günə gün ödəyərlər. Amma ölkə üçün taleyüklü məsələlərdə ciblərindən qəpik çıxmaz. Çünki bu pul təmənnasızdır, hər hansı formada geri qayıtmayacaq. "Bəxt üzüyü"ndə biznesmen Rasimin təbirincə desək, meyvəsi olmayan ağaca su vermək bizim AFFA-ya "tembole" sərf etmir. Ya da görünür, özlərini başqa planetdən sayırlar. Elə hesab edirlər ki, virusun onlara heç bir aidiyatı yoxdur. Olsun. Dost dar gündə tanınar deyirlər. Əslində biz AFFA-nın necə "dost" olduğunu bilirdik. Bu da növbəti sübut oldu.
Anar XANLAROV