AFFA Pavel Paşayevə qadağa qoyub?
- 05 May 2021 12:00
- 723
AFFA-dan maliyyələşən klublara yeni qadağa qoyulub.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçilərinə edilən xəbərdarlıq Pavel Paşayevlə bağlıdır.
Elita komandalarına hazırda Ukraynada çıxışını davam etdirən müdafiəçi ilə danışıqlar aparmamaq tapşırılıb.
Millinin keçmiş üzvü «Aleksandriya»nın formasını geyinir. Onun yerli Premyer Liqa klubu ilə müqaviləsi gələn ay başa çatır.
Canni De Byazinin təyinatından sonra yığma üzünə həsrət qalan Paşayevin bu cür münasibətlə üzləşməsi təsadüfi deyil – AFFA rəsmiləri ilə mübahisə düşüb.
Hadisə millinin oyunlarından biri zamanı baş verib. Odur-budur, arada inciklik qalıb. (sportinfo.az)