Ötən gün açıqlama verən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Neftçi" - "Qarabağ" arasındakı son tur matçına azarkeş buraxılmayacağını açıqladı.

Rekord.az-a daxil olan məlumata görə, əslində PFL həm bu, həm də ölkə kubokunun final matçına müəyyən qism azarkeşin buraxılması ideyasını dəstəkləyib.

Hətta bunun üçün Operativ Qəragaha müraciət ünvanlanmasını da təklif edib. Lakin AFFA PFL-in bu təklifini qəbul etməyib.