
AFFA Ponomaryovu yubiley münasibətilə təbrik edib
- 24 Fev 2025 17:45
- 64
AFFA rəhbərliyi veteran futbolçu, Olimpiya çempionu İqor Ponomaryovu 65 illik yubileyi münasibətilə təbrik edib.
Rekord.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bu münasibətlə veteran futbolçuya üzərində "65" rəqəmi və adı yazılan xatirə hədiyyəsi təqdim olunub.
Hədiyyəni veteran futbolçuya AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev təqdim edib.