AFFA Premyer Liqanın dörd klubunu cərimələdi
- 13 Apr 2021 16:15
- 587
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 22-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qəbələ” - “Neftçi” oyununda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Sabah” - “Səbail” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Səbail”in futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Zirə” - “Keşlə” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Zirə” klubu stadiona gələrkən gecikdiyi üçün 800 manat cərimə olunub.