AFFA tərəfindən məşqçilər üçün UEFA-nın PRO kateqoriyalı lisenziya kursu təşkil olunacaq.

Rekord.az xəbər verir ki, modullar şəklində keçiriləcək kurs bir mövsümü əhatə edəcək.

Kursa AFFA-nın Təhsil proqramının rəhbəri Aslan Kərimov rəhbərlik edəcək.

Qeyd edək ki, kurslara sentyabrın 15-dən etibarən start veriləcək.