AFFA pul vermir, stadion yarımçıq qalıb
- 14 Okt 2023 12:00
- 1229
AFFA Mingəçevirdə süni örtüklü ehtiyat məşq meydançası tikirdi.
Rekord.az xəbər verir ki, plana görə meydança sentyabr ayına kimi hazır olmalı idi.
Lakin təəssüf ki. oktyabr ayı yarılansa da, meydança nəinki yekunlaşmayıb, hələ işlərin yarısı görülməyib. Ətraf hasarlanmalıdır, yerə qazon döşənməli, paltardəyişmə otaqları tikilməlidir. Bizə çatan məlumata görə, işlərin yarımçıq dayanmasının səbəbi AFFA-nın maliyyə vəsaiti ayırmamasıdır. Vəsait ayırılmalıdır ki, işlər yekunlaşsın.