![photo](https://www.rekord.az/storage/uploads/5/sabah-qebele.jpg)
AFFA pul versə, "Qəbələ" Türkiyəyə gedəcək
- 01 İyn 2021 17:00
- 687
"Qəbələ" yay hazırlığının ikici hissəsini Türkiyədə keçmək istəyir.
Rekord.az xəbər verir ki, bu haqda məlumatı komandanın baş məşqçisi Elmar Baxşıyev "Futbol plus" qəzetinə açıqlamasında deyib.
Lakin əldə etdiyimiz məlumata görə, hər şey AFFA-nın qərarından asılı olacaq. Əgər federasita "Qəbələ" ayıracağı yardımın məbləğini artırsa, o zaman Türkiyə səfəri baş tutacaq. Əks halda komanda bütün yay hazırlığını doğma Qəbələdə keçəcək.