Məlum olduğu kimi, mövsümün əvvəlində AFFA “Qəbələ”yə 1.5 milyon manat yardım ayırmağa qərar verdi. Sonradan məlum oldu ki, bu yardım birdəfəlik yox, aylara bölünərək, hissə-hissə ödəniləcək.

Rekord.az-a daxil olan məlumata görə, federasiya qəbələlilərin pulunu heç də vaxtlı vaxtında ödəmir.

Son 3 aydır ki, “Qəbələ”nin ödənişləri gecikdirilir. Bunun konkret səbəbi isə açıqlanmır.