"Qəbələ" yay hazırlıqlarına, transfer çalışmalarına start versə də, maddi durum hələ də tam düzəlməyib.

Rekord.az-a daxil olan məlumata görə, AFFA Qəbələ təmsilçisinə vəd etdiyi pulu hələ də klubun hesabına köçürməyib.

Nə zaman köçürüləcəyi də hələlik məlum deyil. Lakin federasiyadan deyilib ki, yaxın 1 həftə ərzində köçürmə olunacaq.