AFFA İcraiyyə Komitəsi bir müddət əvvəl keçirilən son videokonfransında Premyer Liqanın 4 klubu ilə bağlı qərarlar qəbul etdi.

Rekord.az xəbər verir ki, onlardan biri də «Qəbələ» ilə əlaqəli idi.

Komitə elitada mübarizə aparan yeganə bölgə klubuna 1,5 milyon manatlıq yardım paketinin ayrılmasını qətiləşdirmişdi.

Premyer Liqada yeni mövsüm ötən həftə start götürüb, lakin «qırmızı-qaralar» hələ də federasiyadan maddi dəstək almayıb. AFFA müxtəlif səbəblərdən həmin vəsaiti klubun hesabına köçürməyib. Bir qədər dəqiqləşdirsək, SOCAR tələb olunan məbləği onlara «transfer etməyib».

«Qəbələ» bu sezona da «Gilan Holdinq»in ayırdığı büdcə ilə başlayıb. Əlbəttə, bu, kifayət etmir. Hər şey «Gilan»ın ümidinə qalsa, əyalət klubu noyabrda çıxışını yarımçıqdayandırmaq məcburiyyətində qalacaq.

AFFA artıq vəziyyətlə bağlı məlumatlandırılıb. Qurum son olaraq vəd eləyib ki, sentyabrın əvvəlində ilk ödəmə ediləcək. Ümumiyyətlə, öncədən razılaşma belə əldə olunub ki, federasiya 1,5 milyonu tam şəkildə yox, hissə-hissə «Qəbələ»yə verəcək. (sportinfo.az)