AFFA qovduğu adama iş verdi
- 17 Fev 2020 12:00
- 1336
Milli komandaların keçmiş baş inzibatçısı İslam Abbasov yenidən futbol sferasına qayıdıb.
Rekord.az xəbər verir ki, o, əsas yığmanın meneceri postunda Zaur Hacı-Məhərrəmovu əvəzləyib.
Abbasov 1 il idi ki, bu sahədən tamamilə uzaq düşmüşdü. Bir ara «Kəpəz»in Müşahidə Şurasının sədr müavini postunu tutan İslam bəy hətta «Neftçi»də işləməyə vaxt tapıb.
2016-2017-ci illərdə bakılıların əsas komandasının rəisi vəzifəsini icra edib. O, Qurban Qurbanovun istefaya göndərilməsindən az sonra AFFA tərəfindən millidən kənarlaşdırılmışdı. (sportinfo.az)