AFFA qrupda qalan milli üzvlərinə 37 min manat mükafat verdi
- 17 Yan 2021 14:00
- 1058
AFFA yığma komandaya olan borcunu tamamilə bağlayıb.
Rekord.az-ın məlumatına görə, federasiya UEFA Millətlər Liqasının son 2 turunda eyni sayda xal toplayan kollektivin mükafatını bugünlərdə verib.
Monteneqro və Lüksemburqla qolsuz heç-heçə əsas heyət üzvlərinin hər birinə 30 min manat qazandırıb. Habelə, hər futbolçuya 2000 manat ezamiyyə haqqı ödəyib.
Bundan əvvəl isə oyunçular Sloveniya ilə yoldaşlıq görüşünə (0:0) görə onlara çatacaq 5000 manatı alıb. Beləliklə, 3 qolsuz matç millinin mənsublarına üst-üstə 37000 manat qazandırıb. (sportinfo.az)