Bu mövsün "Region Liqası"nda çıxış edəcək komandalardan biri də Qusarın "Şirvanovka" komandası olacaq.

Rekord.az xəbər verir ki, sözügedən komanda ev oyunlarını doğma Şirvanovkada keçəcək.

Düzdür, burada şərait elə də yaxşı deyil. Belə ki, futbolçuların formalarını dəyişmələri üçün nəzərdə tutulan otaq yaxşı vəziyyətdə deyil. Lakin AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədov Qusara səfəri zamanı Şirvanovka da da olub və komanda üzvlərinə söz verib ki, federasiya onların paltardəyişmə otağını təmir etdirəcək. Təmir nə zaman olacaq, ümumiyyətlə, olacaqmı, bunu da zaman göstərəcək.