![photo](https://www.rekord.az/storage/uploads/4/qusar1-3.jpg)
AFFA Qusar stadionunun tutumuna qadağa qoyub?
- 30 Avq 2023 12:00
- 589
Hazırda Şövkət Orduxanov adına Qusar şəhər stadionu yenidən qurulur.
Rekord.az xəbər verir ki, arenanın tutumu öncə 2500 nəfər nəzərdə tutulsa da, sonradan bu say artırılaraq 5100-ə çatdırıldı.
Çox maraqlıdır ki, həmin ərəfələrdə Qusarda olan və stadiona baş çəkən AFFA nümayəndələri təklif ediblər ki, tutum 5 mindən yuxarı olmasın. Ümumiyyətlə, AFFA bölgələrdə 5 mindən yuxarı stadion nə özü tikir, nə də tikənlərə tövsiyyə edir. Federasiyanın niyə belə addım atması isə çox maraqlıdır. Onsuz da əsas azarkeş kütləsi bölgələrdə qərarlaşıb və onların da tribunlara toplaşmasını əngəlləmək hansı məntiqə sığır, çox maraqlıdır.
Maraq üçün qeyd edək ki, AFFA-nın Ağsuda tikdiyi stadionun tutumu 3 min, Şamaxıda və Tərtərdə tikdiyi stadionlarım tutumu isə 2500 nəfərdi.