AFFA "Qusar"ın pulunu vermir ÖZƏL!
- 28 Sen 2023 21:18
- 944
Ötən mövsüm "Region Liqası"nın qalibi olan "Qusar" qalib üçün nəzərdə tutulan pul mükafatını hələ də ala bilmir.
Rekord.az-a daxil olan məlumata görə, AFFA Qusar təmsilçisinə ödəməli olduğu 10 min manatı hələ də vermir.
Qeyd edək ki, öncədən də açıqlandığı kimi, federasiya qalibə 10 min, 2-ci pillənin sahibinə 5 min, 3-cü pillənin sahibinə isə 3 min manat mükafat verməlidir.