AFFA hələ də “Region Liqası” ilə bağlı qərar verə bilmir.

Rekord.az xəbər verir ki, çempionatda yaranan uzunmüddətli fasilə və koronavirus pandemiyası əksər komandaların dağılmasına səbəb olub.

Bu isə federasiyaya əlavə problem yaradır. AFFA müəyyən sayda komanda və qısaldılmış reqlamentlə qısa müddətli çempionat keçirmək istəyir. Lakin istənilən komanda sayı düzəlmədiyi üçün qərar verilə bilmir.