Bildiyiniz kimi, AFFA aşağı yaş qruplarından ibarət komandalar arasında çempionatdan əlavə “Region Liqası”nı da yarımçıq başa vurdu.

Rekord.az-a daxil olan məlumata görə, federasiya bu liqada oynayan komandaların çoxunun bölgələri təmsil etdiyini və virusla bağlı nəzarətin mümkün olmadığı qənaətinə gəldiyi üçün bu addımı atıb.

Amma tək səbəb bu deyil. Bildiyiniz kimi, hər il qalib, eləcə də 2-ci və 3-cü pillənin sahiblərinə üst-üstə 18 min manat mükafat verilir. Verilir deyəndə ki, məbləğ sahibi ona çatacaq halal pulu alınca anadan əmdiyi süd burnundan gəlir. Keçən mövsümlə bağlı yaşananları hər kəs xatırlayır.  Əsasnaməyə görə, bu mövcsüm də ilk 3 pillənin sahiblərinə pul mükafatı verilməli idi.  Federasiya həm də bu vəsaiti ödəməmək üçün liqanı bu mövsümlük ləğv etməyə qərar verdi.