AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev və İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov Ağsu şəhər stadionuna baxış keçiriblər.

Rekord.az xəbər verir ki, AFFA rəhbərliyi təmir işlərindən sonra stadionda yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, 2011-ci ildə açılışı olmuş Ağsu şəhər stadionu 3 min tamaşaçı tutumuna malikdir.

Təmir işlərindən sonra arenanın oturacaqları dəyişdirilib, tribunaların dam örütüyü yenilənib. İşıqlandırma sistemi ilə bağlı problemlər aradan qaldırılıb, ərazidə ümumi abadlıq işləri görülüb. Stadionun ot örtüyünün yayda dəyişdirilməsi nəzərdə tutulub.