
AFFA rəhbərliyi Nazim Süleymanovu təbrik etdi
- 17 Fev 2025 14:15
- 89
Bu gün Azərbaycan millisinin əfsanəvi futbolçusu Nazim Süleymanovun 60 yaşı tamam olur.
Rekord.az xəbər verir ki, AFFA rəhbərliyi bu münasibətlə Nazim Süleymanovu qəbul edib.
İcraçı vitse-prezident Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev N.Süleymanovla görüşüblər. Onlar sabiq futbolçunu 60 illik yubileyi münasibətilə təbrik ediblər, ona cansağlığı və uğurlar arzulayıblar.
Veteran futbolçuya xatirə hədiyyəsi təqdim olunub.