AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və “Bağçalarda Futbol Dərsi” layihəsnin koordinatoru Orxan Mikayıllı bu gün Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 214 saylı uşaq bağçasında olublar.


Rekord.az xəbər verir ki, AFFA rəsmiləri dərs prosesində uşaqlarla birlikdə iştirak ediblər.


Qeyd edək ki, AFFA-nın dəstəyi ilə UEFA-nın “HatTrick” proqramı çərçivəsində baş tutan layihə ölkəmizdə 6 uşaq bağçasında həyata keçirilir.