AFFA rəsmiləri Lənkəranda
- 07 Yan 2024 18:28
- 305
Bu gün Cənub Regional Futbol federasiyası, AFFA-nın və Azərbaycan Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Lənkəran şəhərində “Regionlarda idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
Rekord.az xəbər verir ki, tədbir Lənkəran şəhərində yerləşən Raypo İstirahət mərkəzinin qapalı mini-futbol meydançasında keçirilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti və Milli Məclisin Deputatı Rauf Əliyev, UGFF-nin Baş katibi Asim Xudiyev, Cənub RFF-nin Prezidenti Sakini Məmmədzadə, Cənub RFF-nin Vitse-prezidenti Fəzail Əbilov, Lənkəran-Astara GİN əməkdaşı Cavid Cahangirzadə və Futbol məşqçiləri İlham Həmidli və Ağa Atakişiyev iştirak edib.
Bu layihə çərçivəsində AFFA tərəfindən tədbirdə iştirak edən uşaqlara futbola marağı artırmaq məqsədilə pulsuz idman geyimləri və futbol topları verilib.