AFFA rəsmisi “Atletiko” - “Bavariya” matçına təyinat aldı
- 27 Noy 2020 15:12
- 518
AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, avstriyalı UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununda iş başında olacaq.
O, “Atletiko” (İspaniya) – “Bavariya” (Almaniya) oyununun hakim-inspektoru vəzifəsini yerinə yetirəcək. Bu matç dekabrın 2-də Madriddə keçiriləcək.