AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.

Rekord.az xəbər verir ki, Hacı-Məhərrəmov Çexiyanın "Slovan" (Liberets) və Belçikanın "Gent" komandaları arasındakı Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında UEFA nümayəndəsi olacaq. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Görüş oktyabrın 22-də Çexiyanın Liberets şəhərindəki “U Nisi” stadionda keçiriləcək.