AFFA rəsmisi Avropa çempionatının pley-off mərhələsinə təyinat alıb
- 22 Okt 2024 12:27
- 114
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələsində keçiriləcək Gürcüstan - İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.
Oktyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Mixail Mesxi 2” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.